Bu bölgədə qeyri-sabit hava şəraiti DAVAM EDİR  

Hazırda oxunan: Bu bölgədə qeyri-sabit hava şəraiti DAVAM EDİR  

141684

Ötən axşam Şəki-Zaqatala rayonlarında küləklə müşahidə olunan leysan yağışları hər hansı ciddi fəsad yaratmayıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətləri yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib. 

İki saata yaxın bölgədə davam edən leysan yağışlarından sonra dağ çaylarında sululuq artıb. Çayların məcrası təmizləndiyindən sel daşqınları qeydə alınmayıb.

Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, magistral kənarlarında bir neçə yerdə ağacların xırda budaqları qırılıb. Həmin budaqlar yığışdırılıb. Külək və leysan yağışları əsasən taxıl biçini ilə əlaqədar bəzi ərazilərdə zəmilərdə buğda və arpa gövdələrinin əyilməsinə səbəb olub. Mütəxəssislər bildirir ki, bu elə də qorxulu məqam deyil.
Günəş çıxan, hava qızınan kimi zəmilər əvvəlki vəziyyətini alacaq. Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin