Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin himninin dəyişdirilməsini təklif edib.
Bizim.Media erməni KİV-ə istinadən xəbər verir ki, o, himnin mətninin sonluğu ilə razılaşmır:
“Himnimizin rəsmi sözləri ölümlə bitir. İdeologiya düzdür, sözləri ilə bağlı problemim yoxdur, amma ümumilikdə himn ölümlə bağlı sətirlə, ölümün təbliğatı ilə bitir”.
Ermənistanın baş naziri həmçinin ölkəsinin qerbini də tənqid edib və bəyan edib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyatı yoxdur.
“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir - Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yaranır: bunun bizə nə aidiyyəti var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? ”-deyə, o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:41 / 16.06.2023
Paşinyan ölkəsinin gerbini və himninin sözlərini TƏNQİD EDİB
Hazırda oxunan: Paşinyan ölkəsinin gerbini və himninin sözlərini TƏNQİD EDİB
Hazırda oxunan: Paşinyan ölkəsinin gerbini və himninin sözlərini TƏNQİD EDİB
141676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.