Banka rəhbərlik etmiş ata və oğulla bağlı qərar ləğv olundu

Hazırda oxunan: Banka rəhbərlik etmiş ata və oğulla bağlı qərar ləğv olundu

141652

Ali Məhkəmədə ləğv olunmuş “Royal Bank”ın direktoru Fuad Cam və atası, bankın Müşahidə Şurasının sədri Əli Camın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. 

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, hökm və ya qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 

Qeyd edək ki, bir neçə il beynəlxalq axtarışda olan “Royal Bank”ın direktoru Fuad Əli oğlu Cam 2020-ci ilin aprel ayında saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondu tanınır. 

Bankın Müşahidə Şurasının sabiq sədri Əli Məhəmmədhəsən oğlu Cama isə Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham verilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cam 13 il, Əli Cam isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bakı Apellyasiya Məhkəməsi isə Fuad Camın həbs müddətini 5 il azaldılaraq 8 ilə, Əli Camın həbs müddəti isə 2 il azaldılaraq 6 ilə endirilib. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb. 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13 iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin