Rusiyalı siyasilər: "Sülh prosesini heçə uğratmaq istəyənlərə qarşı dərhal addımlar atılmalıdır"

Hazırda oxunan: Rusiyalı siyasilər: "Sülh prosesini heçə uğratmaq istəyənlərə qarşı dərhal addımlar atılmalıdır"

141630

“Rusiya Laçındakı son yaşananlardan sonra hansı addımları atacaq deyə bilmərəm. Reallaşan silahlı insidentə gəldikdə isə bu, məncə təxribat idi”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı rusiyalı jurnalist, siyasətçi Maksim Şevçenko deyib.

Bu gün Laçında qeydə alınan təxribata diqqət çəkən Şevçenko qeyd edib ki, təxribatın arxasında ermənilər tərəfindən sülhə əngəl törətmək istəyənlər dayanır.

“Ermənilərin reallaşdırdığı təxribat. Bir şeyi qeyd edim ki, ermənilərin içində həm sülh istəyənlər var, həm də istəməyənlər. Burdan müşahidə edə bilirik ki, sülh istəməyənlərin belə təxribatları hər şeyi uçuruma aparır.

Buna görə də, gəlin, ermənilər yox, Ermənistan tərəfindən  sülh sazişinə təxribat yaratmaq istəyən qrup atəş açıb, deyək. Məncə burada nəinki təkcə Rusiya, həmçinin bu prosesdə marağı olan hər kəs hərəkətə keçməlidir. Ancaq ilk növbədə Ermənistan tərəfi məsələyə açıqlama verməlidir”, deyə rusiyalı jurnalist qeyd edib. 

Maksim Şevçenko əlavə edib ki, baş verən proseslər sülhə əngəl yaratmayacaq.

“Düşünürəm ki, sülh prosesini heçə uğratmaq istəyənlərə qarşı dərhal addımlar atılmalıdır. Mən deyərdim ki, hələki gündəmdə sülh görmək mümkündür. Əsasən də cənab Ərdoğanın Bakıya gəlişindən sonra. Hansı ki, mən regionda müharibə yox, sülhün olması haqqında danışıram”, - deyə M.Şevçenko bildirib. 

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar mərkəzinin elmi direktoru  Anton Bredixin də Bizim.Media-ya müsahibəsi zamanı təxribatların arxasında ABŞ-ın olacağına inandığını qeyd edib.

“Sözsüz ki, bu təxribatlar kənarda qalmayacaq. Məncə rus sülhməramlıları buna bir cavab verəcək, yəni tədbirlər həyata keçiriləcək. Məncə regiondakı kontingent gücləndirilimiş vəziyətə keçəcək. Buradan  mən belə görürəm ki, bu təxribatların arxasında sülhü pozmağa çalışan, xırda erməni qruplaşmalarını idarə edən ABŞ dayanır.
Çünki ABŞ istəyir ki, regionda onların özlərinin hərbi sülhməramlı kontingenti dursun. Bunun üçün də, məncə Rusiya vacib addımlar atmalı və regionda yeni müharibənin başlamaması üçün sülhməramlıların sayını belə artırmalıdır”, - deyə A.Bredixin əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin