Avropa Parlamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qətnamə QƏBUL ETDİ

Hazırda oxunan: Avropa Parlamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qətnamə QƏBUL ETDİ

141610

Avropa Parlamenti Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qətnamə qəbul edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, 425 parlamentari sənədin lehinə, 38 deputat isə əleyhinə səs verib. Parlamentin 42 üzvü bitərəf qalıb.

Deputatlar NATO ölkələrini Ukrayna qarşısında öhdəliklərini yerinə yetirməyə və onu Alyansa dəvət etməyə çağırıblar.

Onların fikrincə, Ukraynanın NATO və Aİ-yə inteqrasiyası regional və qlobal təhlükəsizliyi, eləcə də Ukrayna ilə Avro-Atlantik birlik arasında əlaqələri gücləndirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin