Hədiyyə mərasimi olmadan keçirilən SON ZƏNG – Valideynlər narazıdır, amma...

Hazırda oxunan: Hədiyyə mərasimi olmadan keçirilən SON ZƏNG – Valideynlər narazıdır, amma...

141449

Bakıda yerləşən bəzi məktəblər son zəng tədbirinin proqramından 1-ci siniflərə hədiyyə verilməsi mərasimini çıxarıblar. 

Övladları 1-ci sinifdə oxuyan valideynlərin əksəriyyəti bu durumdan narahatdır. Sosial şəbəkələrdə yaılan fikirlər bunu deməyə əsas verir.

Valideyinlərin əksəriyyəti hesab edir ki, son zəngin əvvəlki qaydada keçilməsi daha maraqlı olardı. Nəticədə uşaqlar üçün bu həm xatirə qalardı, həm də balacaların üzü gülərdi.

Bəzi valideynlər isə xərclərin yetəri qədər olmasi səbəbindən bunu daha yaxşı qayda kimi qiymətləndirirlər. Maraqlısı odur ki, rayon məktəblərində bu adət-ənənənin, necə deyərlər dadı-duzu itməyib. Bakı məktəbləri isə bu adəti az qala tarixə qovuşdurur.

Bəs, görəsən valideynlərin gileyləndiyi bu prosesin qarşısını kəsən nədir?

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında rayon və şəhər məktəbləri arasında bəzi məsələlərdə olduğu kimi bu mövzuda da sərbəst istəyin nəzərə alındığını deyib:

“Qeyd edim ki, rayon məktəbləri və yaxud  paytaxt və paytaxta yaxın məktəblərdə təbii olaraq hər kəsin istəyinə uyğun son zəng qeyd edilir. Yəni, burda 11-ci siniflərin 1-ci siniflərə hədiyyə verməsi ənənəsi əvvəlki illərdə daha çox müşahidə olunurdu. Eyni zamanda hava şəraiti ilə əlaqədar 1-ci sinif şagirdlərinin məktəblərdə son zəng tədbirlərinə gətirilməsi də real qəbul olunmur. Lakin bölgələrdə son zəng tədbirlərini daha səmərəli keçirmək mümkündür”.

E.Əfəndi qeyd edir ki, mövcud məsələnin şəhərdə sıxlığa səbəb olacağını nəzərə alsaq, bu prosesin ertələnməsi və ya ləğv edilməsi daha məqsədəuyğundur:

“Bu il 140-150 min arası uşaq birinci sinifə gedəcək. 100 minə yaxını isə 11-ci sinifi bitirəcək. Bu da kifayət qədər sıxlıq deməkdir. Bunların yanında valideyinlərin gələcəyini də nəzərə alsaq düşünürəm ki, biz 11-ci və 1-ci siflərin bir-birinə hədiyyə verməsi məsələsini sırf  təhlükəsizlik cəhətdən ən azı ertələyə bilərik. Bu amillər hazırda daha çox nəzərə alınır. Ancaq rayon məktəblərində sıxlıq o qədər də yüksək olmadığı üçün təbii ki, rayon məktəblərində bunu həyata keçirmək daha məqsədəuyğundur”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin