Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydası dəyişdirilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.
Dəyişikliklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.
Əvvəllər isə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 il idi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:37 / 14.06.2023
Tikinti obyektlərinin sökülməsi ilə bağlı YENİ QAYDA
Hazırda oxunan: Tikinti obyektlərinin sökülməsi ilə bağlı YENİ QAYDA
Hazırda oxunan: Tikinti obyektlərinin sökülməsi ilə bağlı YENİ QAYDA
141429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.