Bu il quraqlıq səbəbindən xeyli əkin sahəsi məhv oldu. Rəsmi qurumlar hələlik hesablamalar aparır, dəymiş ziyanın və məhv olmuş əkin sahələrinin həcmini öyrənir.
Fermerlər isə nigarançılıq içərisindədir. Əgər yeni əkin mövsümünə qədər quraqlıq sığortası öz həllini tapmasa, onda fermerlər bəzi bitkilərin əkinini təxirə salacaqlar.
Təxirə salınacaq ilk bitki isə taxıldır. Bu isə ərzaq təhlükəsizliyimizə böyük təhdiddir.
Məlum olduğu kimi qışın quraq keçməsi, yağıntıların az olması səbəbi ilə minlərlə hektar əkin sahəsi məhv oldu. Təkcə Şəki rayonunda 50 min hektar dəmyə taxıl sahəsi quraqlıq səbəbi ilə məhv olub. Bu da həm ölkənin ərzaq təhlükəsizliyinə təhdid yaradır, həm də fermerləri çətin duruma salır.
Məlum olduğu kimi, ölkəmizdə aqrar sığorta bitkiləri bəzi risklərdən sığortalanır. Bunun üçün 2019-cu ildə Aqrar Sığorta Fondu yaradılıb. Fondun əsas vəzifəsi fermeri fors-major hallardan sığortalamaq, aqrar sektorun dayanıqlı inkişafına dəstək olmaqdır.
Lakin, fermerlər Fonddan şikayətçidirlər. Çünki, digər təbiət hadisələrindən fərqli olaraq quraqlıq hadisəsi Fond tərəfindən sığortalanmır. Bu da ciddi narazılıq yaradır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu üçün Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yalnız dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətləri sığorta hadisəsi hesab edilir. Hökümətin müvafiq qərarını əsas tutan Fond quraqlıq hadisələrini sığorta eləmir. Bu isə fermerləri ciddi narahat edir.
Məsələ ilə bağlı Aqrar Sığorta Fondu ilə əlaqə saxladıq. Fondun məsul əməkdaşı Bella Şükürzadə Bizim.Media-ya bildirildi ki, aqrara sığorta üzrə risklər qrupu Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilib:
"Təsdiq edilmiş siyahıda quraqlıq riski ilə bağlı sığorta ödənişi nəzərdə tutulmayıb. Bununla belə son vaxtlar fermerlərin çoxsaylı müraciətini nəzərə alaraq Aqrar Sığorta Fondu quraqlıq riski ilə bağlı layihə hazırlayaraq müzakirəyə çıxarıb. Məqsəd odur ki, növbəti illərdə bu sığorta növü də Fondun fəaliyyət istiqamətinə daxil edilsin.
Hal-hazırda Fondun fəaliyyət istiqamətinə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətləri nəticəsində dəymiş ziyana görə təminatlar daxildir. Yalnız quraqlıq riski Fondun fəaliyyət sahəsinə aid deyil. Biz də çalışırıq ki, quraqlıq riski yaxın vaxtlarda fəaliyyət sahəmizə daxil edildin".
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:50 / 14.06.2023
Quraqlıq nəticəsində dəyən ziyanı Aqrar Sığorta Fondu ödəyə bilər – YENİ LAYİHƏ
Hazırda oxunan: Quraqlıq nəticəsində dəyən ziyanı Aqrar Sığorta Fondu ödəyə bilər – YENİ LAYİHƏ
Hazırda oxunan: Quraqlıq nəticəsində dəyən ziyanı Aqrar Sığorta Fondu ödəyə bilər – YENİ LAYİHƏ
141378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.