Xalq artisti Röyanın oğlu: “Arzum öz biznesimi qurub, anama baxmaqdır” - VİDEO

Hazırda oxunan: Xalq artisti Röyanın oğlu: “Arzum öz biznesimi qurub, anama baxmaqdır” - VİDEO

141358

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Röya Ayxan doğum günü ərəfəsində 14/41 adlı albomu və həmin albomda yer alan 2 mahnıya çəkilmiş klipin təmtəraqlı və dəmdəskahlı təqdimatını keçirib. Sənətçini özəl günündə onun oğlu Hüseyn tək qoymayıb. 

Röyanın oğlu Hüseyn Bizim.Media-nın əməkdaşı ilə söhbətində anasını doğum günü münasibəti ilə təbrik edib: 

“Anama yalnız xoşbəxtlik arzu edirəm. İstəyirəm ki, onun hər doğum günü belə gözəl keçsin. Bu gün olduğu kimi dostları hər zaman yanında olsun. Ona can sağlığı arzu edirəm”. 

“Anana ad günündə nə hədiyyə edəcəksən?” sualına Xalq artistinin oğlunun cavabı belə olub: 

“Sizə düzünü deyəcəyəm, anama hədiyyəm yoxdur. Ona hər defə deyirəm ki, sənə hədiyyə almaq istəyirəm. Nə alım sənə? Cavab verir ki, mənə heç nə lazım deyil. Mənim hədiyyəm sənsən, oğlum. Ona görə hədiyyə almayacağam”. 

Sənətçinin oğlu bildirib ki, yaxınlarda təhsil üçün ABŞ-a gedəcək: 

“Amerikaya getməyimin ən birinci səbəbi orada olan təhsil sisteminin çox keyfiyyətli olmasıdır. Mən ingilis dilini bütün dillərdən daha yaxşı bilirəm. Düşüncələrim, fikirlərim hamısı ingilis dilindədir. Uşaq yaşlarımdan bu dili mükəmməl şəkildə öyrənmişəm. Hazırda Dubayda təhsil alıram. Amma bir illik bura Bakıya geri dönəcəyəm. Doqquzuncu sinifi başa vurub, sənəd işlərimi həll edib ABŞ-a gedib, orada təhsilimi davam edəcəyəm”. 

Hüseyn gələcəkdə özünü biznes sahəsində sınamağı düşünür: 

“İş adamı olmaq istəyirəm. Arzum öz biznesimi qurub, anama baxmaqdır. İstəyirəm ki, anamın bütün maddi məsələlərini özüm həll edim. Qlobal bizneslərdən birinə yiyələnmək istəyirəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin