Xudatda Nizami Gəncəvinin adını daşıyan parkın təmirdən sonra açılışı olub - FOTO 

Hazırda oxunan: Xudatda Nizami Gəncəvinin adını daşıyan parkın təmirdən sonra açılışı olub - FOTO 

141321

Xaçmazın Xudat şəhərində böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkın əsaslı təmir və bərpadan sonra açılışı olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılış mərasimində yerli rəsmilər, Xudat şəhərinin və ətraf kəndlərin sakinləri, şəhid ailələrinin nümayəndələri iştirak ediblər. 

Ümumi sahəsi 2 hektaradək olan parkda əsaslı şəkildə yenidənqurma və abadlıq işləri görülüb.

Burada Nizami Gəncəvinin heykəli ucaldılıb, ətrafı milli memarlıq üslubunda abadlaşdırılıb. Dahi şairin yaradıcılığını əks etdirən möhtəşəm "Kitab abidəsi" yaradılıb. 2500 kvadratmetr əraziyə tamet döşənib, yaşıllıqlar və gül kolları salınıb.  
Çıxış edənlər Milli Qurtuluş günü ərəfəsində Xudat şəhərində belə möhtəşəm parkın açılmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər.  

Bədii hissdədə isə ölməz Nizami Gəncəvinin şeirləri səsləndirilib, kompozisiyalar nümayiş etdirilib. Musiqi kollektivləri xalq mahnıları və rəqs nümunələri ilə çıxış ediblər.  
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin