"Qarabağ"ın Mətbuat katibi Gündüz Abbaszadənin bu vəzifədən ayrıldığı barədə xəbər vermişdik.
Məlumata görə, Gündüz Abbaszadə tutduğu postdan ayrılaraq məzuniyyətə yollanıb. Məzuniyyətdən qayıtdıqdan sonra isə onun vəzifəsindən rəsmi ayrılacağı gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
Gündüz Abbaszadə “Qarabağ”dakı postundan AYRILIB?
“Qarabağ” Futbol klubundan məsələyə münasibət bildirilib və məlumat təsdiqlənib:
““Qarabağ” FK mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb. Gündüz Abbaszadəyə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!”, - deyə qurumun “Facebook” hesabında qeyd olunub.
Xatırladaq ki, tanınmış jurnalist Gündüz Abbaszadə “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2021-ci ildə təyinat almışdı.
Alçina Amilqızı, Bizim.Media