Məxfi sənədlərin qanunsuz saxlanılması ilə bağlı iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 22 ilədək həbs cəzasına məhkum oluna bilər.
Bizim.Media “Vice News” nəşrinə istinadən xəbər verir ki, sabiq prokuror Devid Aaronun fikrincə, Donald Trampı məxfi materiallarla bağlı iş üzrə 17,5 ildən 22 ilədək, ədalətin bərqərar olmasına mane törətdiyinə görə isə 7 ildən 9 ilədək həbs cəzası gözləyir.
Sabiq prezidentin özü isə o vaxt dövlət başçısı kimi sərəncamındakı sənədləri məxfilikdən çıxarmaq səlahiyyətinə malik olduğu üçün heç bir qanun pozuntusuna yol vermədiyini iddia edir.
Lakin ittiham aktına əsasən, dövlət başçısının səlahiyyətləri onun Palm-Biç şəhərindəki iqamətgahında aşkarlanan nüvə sahəsinə aid materiallara şamil edilmir.
Beləliklə, Donald Tramp həbs olunacaq ilk ABŞ prezidenti kimi tarixə düşə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:50 / 13.06.2023
Trampı 22 ilədək həbs cəzası gözləyir
Hazırda oxunan: Trampı 22 ilədək həbs cəzası gözləyir
Hazırda oxunan: Trampı 22 ilədək həbs cəzası gözləyir
141266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.