2023-cü ilin yanvar-may aylarında əsas kapitala 5858,2 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9% çox vəsait yönəldilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2% artıb.
Qeyd edək ki, istifadə olunmuş vəsaitin 3432,5 milyon manatı və ya 58,6%-i məhsul istehsalı sahələrinə, 2097,8 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4314,5 milyon manatını və ya 73,6%-ni daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4124,3 milyon manatı və ya 70,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Xatırladaq ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6%, büdcə vəsaitləri 35,6%, əhalinin şəxsi vəsaitləri 6,7%, bank kreditləri 3,4%, sair vəsaitlər isə 5,7% təşkil edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:00 / 13.06.2023
Azərbaycanda əsas kapitala qoyulan vəsaitin HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda əsas kapitala qoyulan vəsaitin HƏCMİ AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda əsas kapitala qoyulan vəsaitin HƏCMİ AÇIQLANDI
141243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.