İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağını yandırmaqla təxribat törədən Ermənistana etimadsızlıq göstərilib.
Bizim.Media xəbər verir ki, Ermənistan 2024-cü ildə İrəvanda keçirilməsi nəzərdə tutulan dünya çempionatına ev sahibliyindən məhrum edilib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda bayrağımızı yandıran erməni SƏRBƏST BURAXILDI - VİDEO
Beynəlxalq Ağır Atletika Federasiya Azərbaycan bayrağını yandırmaqla təxribat törədən Ermənistanın nüfuzlu yarışlar təşkil edə bilməməsini əsas tutaraq bu ölkəni mundialın təşkilatçılığından uzaqlaşdırıb.
Beynəlxalq qurum 2024-cü il dünya çempionatını Bəhreynə həvalə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media