“Bu şəxslərə oktyabradək hərbi xidmətdən möhlət hüququ veriləcək” – AÇIQLAMA 

Hazırda oxunan: “Bu şəxslərə oktyabradək hərbi xidmətdən möhlət hüququ veriləcək” – AÇIQLAMA 

141037

Ali məktəb məzunlarını imtahanla bərabər digər qayğılar da narahat edir. Belə ki, bakalavriat səviyyəsini bitirən tələbələr diplom almaq üçüm dövlət imtahanını gözləyənə qədər hərbi xidmətə çağırış başlayır. Belə olduqda da imtahan stresi 2 qat artır.

Səbəbi isə universitetin imtahanları fərqli tarixlərə salmasıdır. Bəzi universitetlər imtahanı iyul ayına qədər saxlayır ki, bu halda tələbə daha çox narahatlıq keçirir.
 

MÖVZU İLƏ BAĞLI:

Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ veriləcək? – AÇIQLAMA


Məsələn, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Avrasiya Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Universiteti kimi ali məktəblərin tələbələri iddia edir ki, onların etirazına baxmayaraq imtahan iyun ayının sonlarına salınıb. Bu halda imtahan nəticələrinin açıqlanması çox gec olur. 

Digər problem isə iyul ayı üçün hərbi xidmətə çağırışı gələn bəzi tələbələr imtahanı o tarixdən gec düşdüyü üçün get-gələ düşürlər.

Həmçinin də magistratura imtahanını verənlər də eyni problemi yaşayırlar. Belə ki, 1-ci cəhd yer seçimində uğursuz olanlar hərbi xidmətə çağırıldığı üçün boş qalmış plan yerləri üçün müsabiqədə iştirak edə bilmirlər. 

Bəs, qanunla proses necə tənzimlənməlidir?

Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya açıqlamasında bir neçə mühüm nüansa aydınlıq gətirib.

Onun sözlərinə görə qanunvericikdə bu hallar nəzərə alınaraq,  ali məktəb məzunlarına müvafiq hallara görə icazə hüququ verilir:

“Ali təhsil müəssisələrinə magistratura pilləsinə qəbul imtahanlarının biri fevral, digəri isə iyun ayında olmaqla 2 dəfə keçirilir. Əlbəttə, bir çox ali təhsil müəssisələri öz məzunlarına 4-cü kursda bütün elmi işləri, akademik borcları yekunlaşdırır və yalnız diplom müdafiəsi qalır. Mövcud qanunvericilik tələblərinə görə, hərbi xidmət haqqında qanunun tələblərinə  görə ali və orta ixtisas təhsil müəssisələrindən məzun olan şəxslər hər hansı bir növbəti mərhələdə imtahan verməyəcəklərsə, onlar iyul çağırışında həqiqi hərbi xidmətə çağırılırlar. 

Yox, əgər imtahan iştirakçısına çevrilirlərsə, həmin məzunlar, yəni bakalavriatı bitirənlər, iyul ayında yox, oktyabr ayında hərbi xidmətə getməlidirlər. Yəni onlar 4-cu kursu bitirən məzunlar Dövlət İmtahan Mərkəzinin magistraturada iştirakla bağlı sənədini çap edərək hərbi komissarlığa təqdim etməlidir. 

Əgər onlar keçid balını toplayıblarsa, yəni müsabiqə şərtini ödəyiblərsə, bilməlidirlər ki, bu sənəd əsasında onlara oktyabr ayına qədər hərbi xidmətdən möhlət hüququ veriləcək”.

Kamran Əsədov bildirir ki, bakalavrlar bu hala görə narahat olmamalı, öz haqlarını bilib ona uyğun davranmalıdırlar:

“Birmənalı şəkildə bakalavrlar üçün qaydalar belədir. Düzdür, bəzən bakalavrlar narahat olurlar. Amma heçkim narahat olmamalıdır. Cari ildə məzun olub Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistr imtahanında keçid balını toplayan şəxslər möhlət hüququna malikdirlər. 
Çünki onlar təkcə birinci turda yox, avqust ayının sonunda boş qalmış plan yerlərinə qəbulda iştirak etməlidirlər. Yəni, onların bu vəziyyətdə hələ də magistraturaya qəbul olmaq şansları var. Ona görə də bakalavrlar heç də narahat olmamalıdırlar, müvafiq komissiyalara sənəd təqdim etməklə möhlət hüququ ala bilərlər”.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin