İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni iyunun 12-də Milanda xəstəxanada 87 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Corriere della Sera" nəşri yayıb.
Xatırladaq ki, Silvio Berluskoni 29 sentyabr 1936-cı ildə İtaliyanın Milan şəhərində anadan olub. Hüquq təhsili alıb, 1993-cü ildə “İrəli İtaliya” siyasi hərəkatını təsis edib.
1994-cü ildə Nazirlər Şurasının sədri və eyni zamanda parlamentin Avropa İttifaqı məsələləri və xarici siyasət Daimi Komissiyasının üzvü olub. 1994-cü ildə Avropa Parlamentinə seçkilərdə iştirak edib və qələbə qazanıb, lakin deputat mandatının və Nazirlər Şurasının sədri vəzifəsinin eyni zamanda icra edilməsi mümkün olmadığından, Avropa Parlamentinə daxil olmayıb.
1997-2008-ci illərdə müxtəlif dövrlərdə Milan şəhərinin bələdiyyə müşaviri olub. 1999-2001-ci illərdə Avropa Parlamentinə yenidən seçilib. 2001-ci ildə Nazirlər Şurasının sədri vəzifəsinə seçilib. 2002-ci ilin yanvar-noyabr aylarında Xarici işlər naziri vəzifəsini icra edib. 2004-cü ilin 3-16 iyul tarixlərində İqtisadiyyat və Maliyyə naziri vəzifəsində çalışıb. 2006-cı ilin mart-aprel aylarında Səhiyyə naziri olub. 2008-ci ildə “Azadlıq xalqı” partiyasını təsis edib.
8 may 2008-ci ildə Nazirlər Şurasının sədri seçilib. O, bu vəzifədə 2011-ci il noyabrın 16-dək çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:34 / 12.06.2023
Berluskoni vəfat etdi
Hazırda oxunan: Berluskoni vəfat etdi
Hazırda oxunan: Berluskoni vəfat etdi
141026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.