Azərbaycanda illik inflyasiya 13 %-ə düşüb

Hazırda oxunan: Azərbaycanda illik inflyasiya 13 %-ə düşüb

141020

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 113,1 % təşkil edib. Halbuki, yanvar-aprel aylarının yekununda illik inflyasiya 13,5% olmuşdu.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.

Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8 %, qeyri-ərzaq məhsulları üzrə 111,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 % təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6 %, ötən ilin aprelayına nisbətən isə 111,5 % olub.

Mayda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi aprellə müqayisədə 98,9 %, ötən ilin may ayına nisbətən isə 112,7 % təşkil edib.

Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın, artım isə əsasən düyünün, mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın, balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,1 %, ötən ilin may ayına nisbətən 110,7 % olub.
Qeyri-ərzaq məhsullarından artım əsasən ayaqqabıların, soyuducuların, kondisionerlərin, velosipedlərin, dezodorantların, azalma isə kəsilmiş taxtaların, kərpiсin, mobil telefonların və noutbukların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi aprellə müqayisədə 100,3 %, ötən ilin may ayına nisbətən 110,5 % təşkil edib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin