2023-cü ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (317 mln. manat) çox olmaqla 2 mlrd. 366 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.
Bu ilin yanvar-may ayları ərzində 15,7 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87,1 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:20 / 12.06.2023
Pensiyaların orta aylıq məbləği ARTIB
Hazırda oxunan: Pensiyaların orta aylıq məbləği ARTIB
Hazırda oxunan: Pensiyaların orta aylıq məbləği ARTIB
140997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.