Çimərlik güləşçilərimiz Dünya Çimərlik Oyunlarına lisenziya qazandılar

Hazırda oxunan: Çimərlik güləşçilərimiz Dünya Çimərlik Oyunlarına lisenziya qazandılar

140900

Sinqapurda çimərlik güləşi üzrə dünya seriyasının ikinci mərhələsi keçirilib.

Bizim.Media xəbər verir ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib.

Rübail İbrahimli (70 kq) D qrupunda fransalı Kuentin Stikerlə (2:1) macarıstanlı Battulqa Raaşa (3:1) qalib gəlib, çinli Şiyian Jouya (1:1) sonuncu xal prinsipinə əsasən uduzub. Həmyerlimiz dörddəbir finalda gürcüstanlı Levan Kelexsaşviliyə 1:3 hesabı ilə məğlub olub.
Turnirdə 90 kiloqram çəki dərəcəsində çıxış edən İbrahim Yusubov (90 kq) A qrupunda rumıniyalı Mihay Palagiya (3:1), belçikalı Yonas Van Kaenegem (3:0) və pakistanlı Muhammad İnamı (3:0) üstələyib. Yarımfinalda türkiyəli Mahmut Özkaya (2:6) ilə bacarmayan təcrübəli güləşçimiz seneqallı Sini Sembeneyə (4:0) heç bir şans tanımayaraq bürünc medala sahib çıxıb.

Oyan Nəzəriani (+90 kq) A qrupunda gürcüstanlı Mamuka Kordzayaya minimal fərqlə uduzub – 0:1. Güləşçimiz serbiyalı Maqomedqadji Nurasulov (3:1) və yaponiyalı Masayuki Amanoya (3:0) qalib gəlsə də, qrupdan çıxa bilməyib.

Qeyd edək ki, bu mərhələ Dünya Çimərlik Oyunlarına lisenziya xalları verən sonuncu yarış olub.

Beləliklə, avqustun 10-11-də İndoneziyanın Bali şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarında ölkəmiz çimərlik güləşində 70, 80, 90 və +90 kiloqram çəki dərəcələrində iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin