Belarusda gizlənən sabiq prezidentə 10 il həbs cəzası verildi

Hazırda oxunan: Belarusda gizlənən sabiq prezidentə 10 il həbs cəzası verildi

140884

2005-2010-cu illərdə Qırğızıstan prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı Bişkekin Pervomayski rayon məhkəməsi tərəfindən qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

“Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib, o, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, baxılan iş “Kumtor” mədənində korrupsiyaya aiddir, daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də təqsirləndirilən şəxslər arasındadır.

K.Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib.

O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə buna rədd cavabı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin