Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Culfa rayonunda fərdi ev və həyətyanı sahənin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
Bu haqda Bizim.Media-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
Görülmüş işlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bizim.Media