Azərbaycanın qədim şəhəri olan İrəvanda “Nə oldu, Paşinyan?” mahnısı səslənib.
Bizim.Media xəbər verir ki, bu barədə CBC telekanalının materialında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın oğlunu oğurlamağa cəhd edən qadına HÖKM OXUNDU
Ermənilərin "armeniatoday.news" nəşrinin hazırladığı süjetdə bir qadın azərbaycanlıların İrəvanda öz avtomobilləri ilə getdiyini deyib:
“Azərbaycanlılar artıq şəhərimizə gəliblər. Bu günlərdə yanımdan bir Azərbaycan avtomobili keçdi. Nömrələrindən tanıyıram. Rahat şəkildə şəhərdə gəzirlər, restoran və kafeyə gedirlər. Nə istəyirlər, onu da edirlər. Avtomobilin birində muğam səslənirdi, digərində isə yüksək səslə “Nə oldu, Paşinyan?” mahnısı oxunurdu.
Görün bizim baş nazir haqda hansı mahnını oxuyurlar. Mən sadəcə olaraq şoka düşdüm. Bu, ermənilər üçün təhqirdir. Yeganə yol ya ölmək, ya hər şeyi buraxıb ölkədən qaçmaqdır. Onsuz da hara gedə bilərik, hər yerdə azərbaycanlılardır. Bizə ayıb olsun. Artıq hər şeydən yorulmuşam. Burada yaşamaq qeyri mümkündür”.
Bizim.Media