Bir zamanlar Şəki sakinlərini düşməndən qoruyan qala divarlarının indi qorunmağa, təmirə ehtiyacı var.
Bizim.Media xəbər verir ki, 18-ci əsrdə inşa olunmuş, 1300 metr uzunluğunda olan Şəki xan sarayının Qala divarları bir dəfə 2016-cı ildə 456 metrlik hissə təmir olunub.
“Keçən il uçmaqda olan divarlar təmir üçün sökülsə də, heç bir yenidənqurma işi aparılmayıb.”
Qalanın daxil olduğu Yuxarıbaş Tarix Memarlıq Qoruğundan bildiril ki, təmir zamanı nəzərdə tutulmayan məsələlər ortaya çıxdığına görə yenidənqurma işində ləngimə yaranıb.
Qurumdan o da deyilib ki, hazırlıq işləri başa çatmaq üzrədir və qısa zamanda təmir işlərinə başlanacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media