Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasının (ÇL) 2022/2023 mövsümünün final oyununda İtaliyanın “İnter” komandası üzərində qalib gələn İngiltərənin “Mançester Siti” klubunu təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə lideri tviter hesabında paylaşıb edib:
MÖVZU İLƏ BAĞLI:
“Mançester Siti” ilk dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO
“Sivilizasiyaların beşiyi, Türkiyənin göz bəbəyi İstanbulumuzun ev sahibliyi ilə Atatürk Olimpiya Stadionunda oynayan dünyanın ən böyük idman təşkilatlarından biri olan Çempionlar Liqasının finalında çempionluq qazanan “Mançester Siti” komandasını təbrik edirəm.
Türkiyənin qonaqpərvərliyini bir daha sübut edən və bu böyük tədbiri rahat və uğurlu təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”- deyə o bildirib.
Bizim.Media