Böyük Britaniya Ukraynaya daşqınlarla mübarizə üçün 16 milyon funt sterlinq humanitar yardım ayırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Qırmızı Xaç hərəkatına 10 milyon funt sterlinq, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə (OCHA) 5 milyon funt sterlinq və Beynəlxalq Miqrasiya Təşkilatına isə 1 milyon funt sterlinq ayıracaq.
Nazirlik bildirib ki, artıq Britaniyanın iki xilasedici qayığı, axtarış-xilasetmə avadanlığı və tibbi yardım dəstləri Xersona çatdırılıb. Qalan yüklər gələn həftə zərər çəkmiş ərazilərə çatmağa başlamalıdır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:45 / 10.06.2023
Britaniya Ukraynaya humanitar yardım GÖNDƏRƏCƏK
Hazırda oxunan: Britaniya Ukraynaya humanitar yardım GÖNDƏRƏCƏK
Hazırda oxunan: Britaniya Ukraynaya humanitar yardım GÖNDƏRƏCƏK
140797
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.