“Mançester Siti”nin qələbə seriyası qırılıb.
Bizim.Media xəbər verir ki, ümumilikdə 22, İngiltərə Premyer Liqasında 15 qələbəni sıralayan Pep Qvardiolanın yetirmələri XXVII turda büdrəyib.
MÖVZU İLƏ BAĞLI:
Çempionlar Liqası: “Real Madrid”in minimal hesabla qələbə çaldı
Çempionatın lideri ən yaxın izləyicisi “Mançester Yunayted”lə görüşdə 0:2 hesabı ilə uduzub.
“Etihad” stadionundakı Mançester derbisində hesabı Brunu Fernandes açıb. O, 2-ci dəqiqədə penaltidən yararlanıb.
Ole-Qunnar Sulşerin yetirmələri fasilədən sonra fərqi artırmağa müvəffəq olub. Lük Şou 50-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” 28 oyundan sonra 65 xalla turnir cədvəlinin lideridir. “Mançester Yunayted” həmşəhərlilərindən 11 xal geri qalır.
Bizim.Media