Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə rayon ərazisində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində maarifləndirmə tədbiri keçiriblər. 
Bizim.Media xəbər verir ki, tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər.  
Yol Patrul Xidməti əməkdaşları məktəblilərə piyadanın vəzifələri, yol nişanları və nizam-intizam qaydaları barədə ətraflı məlumat veriblər. 
Qeyd olunub ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsindən ibarətdir. Yol hərəkəti qaydaları ilə bağlı uşaqlara suallar verilib və onların DYP əməkdaşlarına sualları cavablandırılıb. Məktəb rəhbərliyi bu cür maarifləndirici tədbirləri yüksək qiymətləndirib. 
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							09:58 / 10.06.2023
							
						Yol polisləri ilə özəl gün – FOTO
						
							
								Hazırda oxunan: Yol polisləri ilə özəl gün – FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Yol polisləri ilə özəl gün – FOTO							
						140707
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































