Aİ-nin ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Lənkəranda olub - FOTO/VİDEO

Hazırda oxunan: Aİ-nin ölkəmizdəki Nümayəndəliyinin rəhbəri Lənkəranda olub - FOTO/VİDEO

140670

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko İttifaqa üzv ölkələrin səfirləri ilə birlikdə Lənkərana gəlib. Məqsəd Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi fəaliyyət və layihələrə dair məlumatlılıq səviyyəsini artırmaqdır. 

Bizim.Media xəbər verir ki, səfir Peter Mixalko Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə birlikdə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. 

Sonra qonaqlar Lənkəran Dövlət Universitetində olub, orada təqdimatlar keçirib və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən iki layihənin benefisiarlarına baş çəkiblər. 

Daha sonra İstisu qəsəbəsində salınan Sitrus Vadisinə (“Citrus Valley”) mediatur təşkil edilib. Səfir Peter Mixalko benefisiar mülkiyyətçi -Sitrus Vadisi təsərrüfatın sahibi Rəftarə Şükürova ilə də görüşüb. 
 











Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin