DİM: İmtahan vermiş 667 şagirdin qiymətində dəyişiklik edildi

Hazırda oxunan: DİM: İmtahan vermiş 667 şagirdin qiymətində dəyişiklik edildi

140650

Martın 12-də keçirilmiş tam orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına 3929 şagird 14732 tapşırıq üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. 

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.  

Bildirilib ki, müraciət edənlərdən 667 şagirdin 784 tapşırıq (bu istiqamət üzrə bütün yazı işlərinin 0,06 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
784 düzəliş edilmə halından 206-sı şagirdin bir tapşırığa aid yazı işini başqa tapşırıq üçün ayrılmış hissəyə yazması ilə bağlıdır. 

DİM şagirdlərin nəzərinə çatdırır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb. Ona görə də şagirdlərə səhifələrinə daxil olaraq apellyasiyanın nəticələri ilə tanış olmaq tövsiyə olunur. 

İmtahanlarda 50000-dən çox şagird iştirak edib və bu şagirdlərin 1200000-dən çox yazı işi olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin