Müğənni Xatirə İslam paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi istirahət məkanlarının birində dincəldiyi zaman vannada uzandığı görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Bundan başqa kadrlarda Xatirənin masaj və iynəterapiya proseduru etməsi də yer alıb. X.İslam bu yolla artıq çəkidən azad olduğunu bildirib.
Müğənni bu videodan sonra ona yazılacaq tənqid və mənfi dolu rəylərdən özünü sığortalamaq üçün paylaşımının şərh bölümünü bağlayıb.
Rəşad Əliyev, Bizim.Media