Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.
MÖVZU İLƏ BAĞLI:
Üzərinə dəmir düşən gənc qadın hadisə yerində keçindi - VİDEO
Onun Abşeron rayonu, Xırdalan şəhəri, "quşçuluq" massivində yaşadığı bildirilir.
Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media