Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsi təklif edilir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Yeni layihəyə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir.
Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:27 / 09.06.2023
Mərkəzi Banka iqtisadi müstəqillik verilir – RƏSMİ
Hazırda oxunan: Mərkəzi Banka iqtisadi müstəqillik verilir – RƏSMİ
Hazırda oxunan: Mərkəzi Banka iqtisadi müstəqillik verilir – RƏSMİ
140578
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.