Abid Şərifovdan nəvəsinin yeni şirkət yaratmasına REAKSİYA 

Hazırda oxunan: Abid Şərifovdan nəvəsinin yeni şirkət yaratmasına REAKSİYA 

140570

Baş Nazirin sabiq müavini Abid Şərifovun nəvəsinin yeni şirkət yaratması ilə bağlı məlumatlar yayılıb. “Spark Motors” MMC 2023-cü il aprelin 26-da dövlət qeydiyyatına alınıb və şirkətin qanuni təmsilçisi Mahmudov Nicat Məmməd oğludur. 

Mətbuatda N. Mahmudovun 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məhəmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi olduğu qeyd olunur.

“Spark Motors” MMC 10 manat nizamnamə kapitalı ilə AZ1010, Bakı şəhəri Səbail rayonu, Badamdar ştq, Xəqani ev.26/31 m.41 ünvanında qeydiyyata alınıb. 

Bizim.Media xəbər verir ki, məsələ ilə Baş nazirin sabiq müavini Abid Şərifov demokrat.az-a açıqlamasında yayılan xəbərləri təkzib edib: 

"Bu barədə heç bir məlumatım yoxdur. Mənim elə nəvəm yoxdur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin