Pandemiya bitib, yoxsa YENİ BAŞLAYIR? – “Yoluxanların yarısının ölümü...”

Hazırda oxunan: Pandemiya bitib, yoxsa YENİ BAŞLAYIR? – “Yoluxanların yarısının ölümü...”

140543

“İyunun 7-də elan olunub ki, COVİD-19-a cəmi 4 nəfər yoluxub, 2 nəfərsə dünyasını dıyişib. Bu absurd bir məsələdir. Pandemiyanın pik vaxtında belə 50 faiz ölüm halları olmamışdı. Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, bütün ölkələr üzrə statistikaya baxsaq 50 yox, heç 10 faiz ölüm halı olmayıb. O da qalmışdı ki, pandemiyanın bitdiyi bir dövrdə 50 faiz ölüm halının olduğunu söyləmək heç bir məntiqə, heç bir tibbi qaydalara sığmır”.

Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST pandemiyanın bitdiyini ELAN ETDİ – Bəs ölkəmizdə karantin rejimi nə vaxt ləğv olunacaq?


O bildirib ki, dünyasını dəyişən adamda COVİD-19-un pozitiv çıxması hələ o demək deyil ki, bu insan pandemiyadan ölüb:

“Çünki, bunu demək üçün ölən insanın bütün orqanlarından nümunələr götürülməlidir, yoxlanmalıdır və müvafiq sübutlarla təsdiq edilməlidir ki, bu COVİD-19-dan dünyasını dəyişib, yoxsa başqa bir xəstəlikdən...

Ölən adamda COVİD-19 analizi müsbət çıxıb və xəstə dünyasını dəyişibsə, bu o demək deyil ki, o pandemiyadan dünyasını dıyişib. Müasir dünya tibbində belə bir yanaşma absurddur, yanlışdır. Bu yanlışlıq düzəldilməlidir, korreksiya edilməlidir. ÜST elan edib ki, pandemiya bitib. Bizdə isə ölüm faizi günbəgün artır. Bu mümkün olan məsələ deyil”.

Aydın Əliyev ölkəmizdə pandemiyadan ölüm hallarının olmamasının 2 əsas səbəbini söyləyib:

“Birincisi, ölkəmizdə kollektiv immunitet artıq formalaşıb. Çünki, əhalinin böyük əksəriyyəti yoluxub sağalıb, digər qismi də peyvəndlənibdir. Artıq bizdə COVİD-19-a qarşı immunitet var. 

İkincisi, virus dəfələrlə mutasiyaya uğrayıb. Viruslar mutasiyaya uğradıqca onların öldürücülük qabiliyyəti azalır, sıfırlanır. Ancaq o halda ölüm ola bilər ki, adamın digər ağır xəstəlikləri - ürək çatışmazlığı, onkoloji, ağır hemotoloji xəstəliyi olsun, ilik köçürülsün, orqan transplantasiyası və sairə olsun. Vəfat edənin çox ağır xəstəliyi olmalıdır ki, o dünyasını dəyişsin. Yoxsa COVİD-19 analizi müsbət çıxıb deyə ona pandemiyadan öldüyünü demək çox yanlışdır, absurddur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin