Mərkəzi Bank: Cari əməliyyatlar balansının qalığı azalıb

Hazırda oxunan: Mərkəzi Bank: Cari əməliyyatlar balansının qalığı azalıb

140511

2023-cü ilin birinci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 3.4 milyard dollar və ya ÜDM-in 18.9 faizini təşkil edib. Ötən ilin birinci rübü üzrə isə 3.9 milyard dollar profisit olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib. 

Məlumata görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 7.6 faiz azalaraq 5.1 milyard dollar, qeyri-neft-qaz sektoru cari əməliyyatlar balansının kəsiri isə 10.3 faiz artaraq 1.7 milyard dollar məbləğində olub. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin