Türkiyə MTŞ-nin yeni tərkibdə ilk iclası 3 saat çəkib

Hazırda oxunan: Türkiyə MTŞ-nin yeni tərkibdə ilk iclası 3 saat çəkib

140484

Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası başa çatıb. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasın yekununda qəbul edilən bəyannamədə Türk Əsrinin başlanğıcı olan yeni dövrdə Türkiyənin təhlükəsizliyinin, əmin-amanlığının və rifahının təmin edilməsinə yönəlmiş addımların eyni qətiyyətlə atılmasının vacibliyi vurğulanıb. 

Sənəddə Ukrayna münaqişəsinə də toxunulub. Bildirilib ki, Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların təşkilinə töhfə verməyə davam etmək niyyətindədir. 

Qeyd edək ki, yeni tərkibdə MTŞ-nin ilk iclası 3 saat davam edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin