BMT: Kaxovka bəndinin dağıdılması nəticəsində 16 min adam zərər çəkib - FOTO 

Hazırda oxunan: BMT: Kaxovka bəndinin dağıdılması nəticəsində 16 min adam zərər çəkib - FOTO 

140482

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ukraynadakı Kaxovka bəndinin dağılmasından sonra 16 min insanın zərər çəkdiyini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədəAli Komissarlığı sözçüsü Şabia Mantu "Anadolu" Agentliyinə müsahibəsnində məlumat verib. 

“Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə təxminən 16 min insan daşqından zərər çəkib,1995 nəfər təxliyə edilib və yüz minlərlə insanın təhlükəsiz içməli sudan istifadəsi mümkünsüz olub” , - deyə Mantu qeyd edib. 
Qeyd edək ki, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Rusiya tərəfi hadisənin Ukrayna Silahlı Qüvvələri tərəfindən törədildiyini açıqlayıb. Ukrayna isə SES-in Rusiya qoşunları tərəfindən partladıldığını iddia edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin