Sevda qalmaqallı fotosundan DANIŞDI: “Ağlayırsan, gülürsən, yıxılırsan söyürlər” - VİDEO

Hazırda oxunan: Sevda qalmaqallı fotosundan DANIŞDI: “Ağlayırsan, gülürsən, yıxılırsan söyürlər” - VİDEO

140434

Aparıcı Elgiz Əkbərin sosial şəbəkə hesabında müğənni Sevda Kazımovanın qısa libasda, yerdə uzanıqlı vəziyyətdə fotosunu paylaşması xoşaqəlməz müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində qalmaqala çevrilən şəkli ilə bağlı tənqidlərə cavab verib. 


“Özüm də məəttəl qaldım ki, Elgizdən çıxmayan iş: Mənim şəklimi niyə paylaşıb? O gün nə ad günüm, nə də ki bayram idi. Sonra danışdıq, Elgiz dedi ki, şəklin xoşuma gəlib, paylaşmışam. Allah canını sağ etsin. Şəklim gündəm olub. Mən müğənniyəm, şəkildə necə düşməliydim ki? Hərə bir cür geyim geyinir. Mənim tərzim budur.
Pasportda foto çəkdirəndə gülə-gülə çəkdirmişdim. Mən şəkildə ciddi poz verə bilmirəm. Üzümdə gülüş var. Müğənni insanların üzünə təbəssüm gətirməlidir. Ağlayırsan, gülürsən, yıxılırsan, mahnı oxuyursan, klip çəkdirirsən söyürlər. Könlümün pəncərəsi çox təmizdir.

Hamıya hər gün dua edirəm. Heç kimin pis gününün olmaması üçün dualar edirəm. Eşidəndə ki, kiminsə balasına nəsə olub, stress keçirib, pis oluram. Tamamilə başqa cür insanam. Mənim qəlbim kimi heç kimin belə qəlbi yoxdur”, - deyə Sevda bildirib.

Kazımova, həmçinin yaşı ilə bağlı tənqidlərə də münasibət bildirib: 


“Niyə axı adi insanlar belə şəkillər çəkə bilir, amma müğənnilər çəkdirəndə söz-söhbət olur? Mənim bu şəklimi də tənqid etmişdilər. Yazmışdılar ki, 60-70 yaşı var, bir təhər fotolar paylaşıb. Amma hələ 3-4 ildən sonra yaşım 60 olacaq. İnsanlar isə elə düşünürlər ki, yaşım çoxdur. Amma elə deyil. Qadın hər yaşda gözəl olmalıdır. Toya girəndə qadınların gözəlliyinə baxıram”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin