Qarabağda Qurban bayramına hazırlıq prosesinə başlandı - RƏSMİ

Hazırda oxunan: Qarabağda Qurban bayramına hazırlıq prosesinə başlandı - RƏSMİ

140412

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramına hazırlıq prosesinə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA-nın sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında məlumat verilib.

Onun sözlərinə görə, AQTA müvafiq qurumlarla birgə ölkədə standartlara uyğun kəsim məntəqələrində monitorinqlər keçirib:

"Standartlara uyğun olmayan yerlərdə isə çadır tipli kəsim məntəqələri quraşdırılacaq".

Q.Təhməzli həmçinin xatırladıb ki, artıq Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində çadır tipli heyvan kəsimi məntəqələri quraşdırılıb:

"Həmin çadırlarda heyvanların kəsimi həyata keçiriləcək. Bildiyiniz kimi, artıq əhali bəzi əraziyə köçüb. Təbii ki, gündəlik tələbat mallarından biri də ət məhsullarıdır. Həmin çadır tipli kəsim məntəqələri quraşdırılıb. Şəhərsalmaya uyğun olaraq, orada stasionar tipli kəsim məntəqələr inşa ediləcək".
Xatırladaq ki, Azərbaycanda Qurban bayramı iyunun 28-29-da qeyd olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin