Məntiq dərsi keçilmirsə, niyə imtahanlara salınır? – DİM-ə ETİRAZ 

Hazırda oxunan: Məntiq dərsi keçilmirsə, niyə imtahanlara salınır? – DİM-ə ETİRAZ 

140396

“Ali məktəblərə qəbul zamanı abuturiyentlərin yüksək bal toplanılmamasının əsas səbəbi məntiqdən olan sualların çoxluğudur”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Balalarımıza qənim kəsilən buraxılış və qəbul imtahanları... Ekspertlər DİM-dən narazıdırlar


O bildirib ki, Sovet dönəmində məntiq, fəlsəfə və iqtisadiyyat ayrıcı fənn kimi tədris olunurdu:

“Çox təəssüf ki, bu gün bunların heç biri tədris edilmir. Amma bir məsələ var ki, bu gün bütün imtahan sualları məntiq üzərində qurulub. Hətta bir ara baxçaya qəbul zamanı da məntiqdən sual salırdılar.

Hazırda DİM keçirdiyi bütün imtahanlarda məntiqdən çoxlu sayda sual salınır. Məntiqlə yanaşanda orta məktəbdə şagirdə nə öyrədilibsə, ondan da o soruşulmalıdır. Halbuki, məntiq heç yerdə tədris olunmur. Məntiq keçirilmirsə şagirdə, abuturiyentə niyə məntiqdən sual verilir? Bax, bunu anlamaq olmur”. 

Nadir İsrafilov məntiqə yanaşmanın özündə də fərqlilik və ziddiyyət olduğunu qeyd edib:

“Məsələn, Albert Eynşteyn deyirdi ki, məntiq elm deyil. Məntiq bizi A nöqtəsindən B nöqtəsinə aparır. Lakin təxayülümüz V nöqtəsindədir. Dində də bu var ki, nəyin 100 faiz düz və yaxud səhv olduğunu kiməsə sübut eləmək mümkün deyil. Çünki, hər kəsin öz həqiqəti var. Hər kəsin öz yanaşması var. 

Kimsə hesab edir bu doğrudur, kimsə hesab edir ki, bu yanlışdır. Adi misal çəkim. Bu gün təhsilimizdə nə qədər yeniliklər olur. Amma bu yeniliyi də hamı eyni cür qarşılamır. Hərənin məsələyə öz yanaşması və fikrinin sübutu üçün öz arqumenti olur. Bilik Günü, məktəbli forması və digər məsələlərlə bağlı cəmiyyətdə nə qədər fikir ayrılığı var?! Yəni hər kəs istənilən məsələ barədə öz məntiqi ilə şıxış edir”. 

Ekspert hesab edir ki, tələb olunan istənilən məsələnin bazası olmalıdır:

“Əgər, orta məktəbdə riyaziyyat keçiriksə, kimya keçiriksə, ali məktəbə qəbul zamanı da bunu tələb edə bilərik. Amma biz orta məktəbdə məntiq keçmirik axı?! Di gəl ki, qəbul imtahanlarında sualların çoxu məntiqə əsaslanır. Ona görə də məntiq ya bir fənn kimi tədris olunmalıdır, ya da imtahanlardakı məntiq sualları ləğv olunmalıdır. Belə olarsa, qəbul zamanı yüksək bal toplayanların da sayı artar və sağlam rəqabət yaranar”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin