"Azdrama"ya qarşı DƏLƏDUZLUQ: Zərərçəkənlər var

Hazırda oxunan: "Azdrama"ya qarşı DƏLƏDUZLUQ: Zərərçəkənlər var

140381

Akademik Milli Dram Teatrı beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib. 

Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı //theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir: 

"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. 
Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin