Vətəndaşlara XƏBƏRDARLIQ: Bankların adından saxta reklamlar PAYLAŞILIR

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ: Bankların adından saxta reklamlar PAYLAŞILIR

140373

Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosial kampaniyalar barədə saxta reklamlar paylaşılır. Vətəndaşlardan kampaniyada iştirak üçün göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur. 

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirmələri tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin