İtaliya çempionatının 24-cü turunda “Yuventus” öz meydanında “Latsio”ya qalib gəlib.
Bizim.Media xəbər verir ki, oyunda ilk qolu 14-cü dəqiqədə “Latsio”nun yarımmüdafiəçisi Xoakin Korrea vurub.
Lakin irəliləyən dəqiqələrdə “Yuventus” klubunun futbolçuları cəhdlərini artırıb. Belə ki, 39-cu dəqiqədə Adrien Rabyo fərqi azaldıb.
İspaniyalı hücumçu Alvaro Morata isə 57 və 60-cı dəqiqələrdə fərqlənməyi bacarıb.
Bununla da “Yuventus” xalını 52-yə çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Latsio” isə 43 xalla yeddinci pillədədir.
Bizim.Media