“Fənərbağça”nın baş məşqçisi komandadan ayrılır

Hazırda oxunan: “Fənərbağça”nın baş məşqçisi komandadan ayrılır

140323

"Fənərbaxça"nın baş məşqçisi Jorje Jesus Türkiyə Kubokunun final matçından sonra komandadan ayrılacaq.  

Bizim.Media xəbər verir ki, bu barədə "Al-Riyadiah" nəşri məlumat yayıb.  

Məlumata görə, portuqaliyualı məşqçinin yeni iş yeri də bəllidir. 68 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı milli komandasını çalışdıracaq. Təcrübəli məşqçi ilə 3 illik müqavilə imzalanıb.  
Qeyd edək ki, Jorje Jesus 2022-ci ilin yayında "Fənərbaxça"nın baş məşqçisi təyin olunub.

İstanbul təmsilçisi 37 turdan sonra Türkiyə Super Liqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda ölkə kubokunun finalında "Başakşehir"lə üz-üzə gələcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin