Müdafiə nazirinin müavini İtaliyanın müdafiə naziri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Müdafiə nazirinin müavini İtaliyanın müdafiə naziri ilə görüşüb - FOTO 

140320

İtaliya Respublikasında səfərdə olan müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov iyunun 7-də bu ölkənin müdafiə naziri cənab Quido Krosetto ilə görüşüb.  

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirovun da iştirak etdiyi görüşdə Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.  
Sonda ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin