Fuad Nəcəfli: “Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün böyük töhfədir” - VİDEO 

Hazırda oxunan: Fuad Nəcəfli: “Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün böyük töhfədir” - VİDEO 

140302

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına və NUHÇIXAN İnformasiya Agentliyinə müsahibə verib.   

Bizim.Media xəbər verir ki, səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının social-iqtisadi inkişafına dair yeni qəbul edilən Dövlət Proqramını (2023-2027-ci illər) yüksək qiymətləndirib, proqramın qəbuluna görə, Prezidetm İlham Əliyevə Naxçıvan Muxtar Respublikası sakinləri və ictimaiyyəti adından dərin minnətdarlığını bildirib: 

“Prezident İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı Muxtar Respublikanın ictimai-siyasi həyatında olduqca mühümdür. 
Naxçıvanın həyatında bu qədər geniş və əhatəli, bütün sahələrə dair təkliflərlə konkret həlli yolları olan ikinci bir proqram demək olar ki, yox idi. Dövlət proqramı Naxçıvanın inkişafına böyük təkan verəcək. Həm də ölkə iqtisadiyyatının özünəməxsus şəkildə inkişaf etdirilməsinə böyük töhfə olacaq". 

F.Nəcəflinin sözlərinə görə, Dövlət proqramı 11 prioritet sahəni əhatə edir: 

"Bunların ən önəmlisi əlbəttə ki, hamını maraqlandıran məsələ azad iqtisadi zonanın Naxçıvan Muxtar Respublikasında yaradılması ilə bağlıdır. Hər kəs bunu soruşur, maraqlanır. Zəngəzur dəhlizinin açılması Naxçıvan üçün böyük bir töhfədir. Naxçıvan Muxtar Respublikasının məhz Zəngəzur dəhlizi vasitəsilə tranzit nəqliyyat şəbəkəsinə çevrilməsi yaxın gələcəkdə mümkün olacaq. Dövlət proqramının bu sahədə verdiyi töhfələr məhz bu reallığın yaratdığı və inkişaf etdirdiyi hadisələrlə sıx bağlıdır". 

Həmin müsahibəni təqdim edirik:  



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin