“Hökumətin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupu artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə qayıdıb. Bununla belə, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsi buna əsas maneədir və ciddi humanitar təhlükə yaradır. Fərq qoymadan basdırılan minalar demək olar ki, hər gün insanların həyatına son qoymaqda davam edir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı məlumat verib.
O bildirib ki, Ermənistanın bütün hərbi fəaliyyətlərin dayandırıldığını elan etməsindən sonra belə minalanmış ərazilərin bütün xəritələrini paylaşmaqdan imtina etməsi və minaların basdırılmasını davam etdirməsi, mina tələləri və digər partlayıcıları qurması vəziyyəti daha da gərginləşdirir və qurbanların sayını artırır.
2020-ci ildə üçtərəfli Bəyanat imzalandıqdan sonra 302 nəfər minaların qurbanı olub. Bura, həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə gətirilən və orada basdırılan minalar da daxildir.
Nazirin sözlərinə görə, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmasına imkan yaratmaq məqsədilə bu humanitar təhlükə ilə mübarizə aparmaq üçün Azərbaycan Hökuməti minalarla mübarizəni özünün milli prioritetlərindən biri kimi müəyyənləşdirib və həmçinin minasızlaşdırma ilə bağlı xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi (DİM) formalaşdırır.
Bundan əlavə, Azərbaycan humanitar minasızlaşdırma üzrə yeni qlobal DİM-in yaradılmasını təşviq edir.
“Azərbaycanda davam edən mina problemini və onun həllində milli qurumların üzləşdiyi çətinlikləri nəzərə alaraq, Azərbaycanın humanitar minalarla mübarizə potensialını gücləndirmək üçün artan beynəlxalq dəstəyə təcili ehtiyac vardır. Bu cür dəstək yalnız minalardan təmizləmə səylərinə istiqamətlənməyib, həm də minalara qarşı qlobal kampaniyaya töhfə verəcək və regionda sülhə və əməkdaşlığa sadiqliyi nümayiş etdirəcək”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:54 / 07.06.2023
Ceyhun Bayramov: “Ermənistanın mina tələləri ciddi humanitar təhlükə yaradır”
Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistanın mina tələləri ciddi humanitar təhlükə yaradır”
Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistanın mina tələləri ciddi humanitar təhlükə yaradır”
140299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.