Ülviyyə Alovlu ilə Flora Kərimova arasında 5 ildir davam edən məhkəmə prosesi YEKUNLAŞDI - VİDEO 

Hazırda oxunan: Ülviyyə Alovlu ilə Flora Kərimova arasında 5 ildir davam edən məhkəmə prosesi YEKUNLAŞDI - VİDEO 

140295

Telejurnalist Ülviyyə Alovlu Xalq artisti Flora Kərimova ilə aralarında yaşanan məhkəmə işi ilə bağlı açıqlama verib.  

Bizim.Media xəbər verir ki, Ülviyyə bu gün keçirilən məhkəmə prosesində F.Kərimovaya qalib gəldiyini açıqlayıb.  

Telejurnalist bununla bağlı sosial şəbəkə hesabında canlı yayım açaraq, bunları dilə gətirib:  

"Məhkəmədən gəlirəm. Bilirsiniz ki, Binəqədi rayon məhkəməsində mənə qarşı Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydası ilə məhkəmə iddiası ilə çıxış etmişdi. Flora Kərimova bildirmişdi ki, guya mən cinayət işləmişəm. O,əvvəldən yalnış müraciət ilə gəlmişdi. Buna baxmayaraq, beş ilə yaxın idi ki, bu məhkəmə işi qanunsuz olaraq davam edirdi. Bu gün nəhayət ki, məhkəmə işinə nöqtə qoyduq.  

Flora Kərimova kifayət qədər bu mövzu ilə bağlı vəsatət qaldırmışdı. Bu gün məhkəmədə sonuncu iclas oldu. Mən məhkəmədə Flora Kərimovaya qalib gəldim. Çünki, tamamilə əsassız iddia idi və vaxtı keçmiş məsələ idi. Buna görə də özümü təbrik edirəm. Məni təbrik edən hər kəsə təşəkkürümü bildirirəm".  
Qeyd edək ki, Xalq artisti Flora Kərimova Ülviyyə Muradovaya qarşı xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi. Onun şikayəti əsaslı hesab olunaraq jurnalist barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanmışdı.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin