Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında Qazaxıstanla sıx əməkdaşlıq uğrunda rəqabət getdikcə güclənir. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Mərkəzi Asiya ilə gələcək nəqliyyat əlaqələrinin son araşdırmasında, Cənubi Qazaxıstan ərazisindən keçən “Mərkəzi Transxəzər Şəbəkəsi”ni Trans-Avropa Nəqliyyatı ilə inteqrasiya üçün ən perspektivli kimi müəyyən edib.
Bizim.Media “Kommersant.ru”ya istinadən xəbər verir ki, ötən həftə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropadakı tərəfdaşlarla birgə işə hazır olduğunu təsdiqləyib.
Rusiya “Şimal dəniz yolu” ilə bağlı tranzit potensialını mənimsəyir
Rusiyalı ekspert Kristina Borovikova belə hesab edir ki, Avropa İttifaqının Çin-Avropa İttifaqı nəqliyyat dəhlizlərinin alternativ konfiqurasiyalarına sərmayə qoymaq istəyinə baxmayaraq, məsələni həll olunmuş hesab etmək hələ tezdir:
“RF da eyni istiqamətin inkişafı üzərində işləyir və “Şimal dəniz yolu” ilə bağlı tranzit potensialını mənimsəyir. Çin üçün hansı marşruta üstünlük veriləcəyi daha çox iqtisadi amillərdən asılı olacaq. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin son bəyanatlarından belə çıxır ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Trans-Avropa Nəqliyyat Şəbəkəsi ilə inteqrasiyası üçün Aİ ilə birgə işə hazırdır”.
Xatırladaq ki, ötən həftənin sonunda Mərkəzi Asiya-Avropa İttifaqı sammitində çıxış edən prezident K.J.Tokayev, Avropa Bankının Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri haqqında hesabatına istinad edib.
Qeyd edək ki, tam hesabat iyunun sonunda dərc olunacaq, amma araşdırmanın xülasəsi mövcuddur.
Aİ investisiyaların əhəmiyyətli hissəsini öz üzərinə götürməyə hazırdır
Avropa Bankı öz araşdırmasında, “Mərkəzi Transxəzər Şəbəkəsini” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR), həmçinin “Orta Dəhliz” adlanır) Çin və Aİ arasında logistikanın inkişafı üçün ən davamlı variant kimi tanıdığını bəyan edib.
Xatırladaq ki, TİTR Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçir. İlkin hesablamalara görə, gələcəkdə fasiləsiz təchizatı təmin edə biləcək marşrutun əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün 18,5 milyard avro həcmində investisiyalar tələb olunacaq.
Aİ investisiyaların əhəmiyyətli hissəsini öz üzərinə götürməyə hazır olduğunu bildirir. AYİB-in hesabatında qeyd olunduğu kimi, ayrılacaq vəsaitlər daha çox dəmir yolu və avtomobil dəhlizlərinin bərpası və modernləşdirilməsi, limanların imkanlarının artırılması və sərhədlərdə infrastrukturun yaxşılaşdırılması üçün lazımdır.
Qeyd edək ki, TİTR-in inkişafı Qazaxıstan üçün neftin ixrac tədarükünün şaxələndirilməsi kontekstində çox vacibdir və hazırda onun 80%-i Rusiyanın nəzarətində olan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) payına düşür.
Xatırladaq ki, Astana ötən il təmir işləri ilə əlaqədar Novorossiyski vasitəsilə çatdırılma bir neçə dəfə dayandırıldıqdan sonra CPC-yə alternativ yollar axtarmağa başlayıb.
Astana Çin-Aİ nəqliyyat dəhlizi üçün Moskva ilə rəqabətə cəlb olunur
Kristina Borovikova qeyd edir ki, Rusiyanın Qazaxıstandan neft tədarükündə rolunun azalması Avropa İttifaqı üçün çox faydalıdır:
“Çünki, birbaşa ümumi siyasi qeyri-müəyyənlik konteksti də bunun zəruriliyinə işarə edir. CPC və alternativ marşrutlar vasitəsilə tədarük balansı çox güman ki, Avropa investisiyalarının həcmindən asılı olacaq. Onların Rusiya ilə əməkdaşlıqda, o cümlədən Aİ vasitəsilə Qazaxıstan üçün siyasi nəticələri də ola bilər”.
Onun sözlərinə görə, TİTR-in genişləndirməsi ilə, Astana Çin-Aİ nəqliyyat dəhlizi üçün Moskva ilə rəqabətə cəlb olunur.
Xatırladaq ki, Rusiya da Şimal Dəniz Marşrutunu öz ərazisindən keçməkdə maraqlı olduğunu və bu məqsədlər üçün inkişaf etdirməyi planlaşdırdığını bəyan etmişdi. Mövzunun ən yüksək səviyyədə müzakirəsi niyyətlərin ciddiliyini sübut edə bilər.
Avropa Bankının araşdırmasına və Avropa tərəfinin digər bəyanatlarına baxmayaraq, prioritet tədarük dəhlizinin seçildiyini söyləmək hələ tezdir. Vəziyyət ona görə çətinləşir ki, Aİ yaxın gələcəkdə inkişaf etmiş ölkələrin Çinlə ticarətdən asılılığının azaldılması məsələsini həll etməli olacaq.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:30 / 07.06.2023
Rusiya ilə Aİ arasında LOGİSTİKA SAVAŞI – TransXəzər xəttinə kim sahib olacaq?
Hazırda oxunan: Rusiya ilə Aİ arasında LOGİSTİKA SAVAŞI – TransXəzər xəttinə kim sahib olacaq?
Hazırda oxunan: Rusiya ilə Aİ arasında LOGİSTİKA SAVAŞI – TransXəzər xəttinə kim sahib olacaq?
140224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.