Qarabağa köçürüləcək ailələrin sayı AÇIQLANDI 

Hazırda oxunan: Qarabağa köçürüləcək ailələrin sayı AÇIQLANDI 

140214

“Biz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa-quruculuq prosesi haqqında məlumat verdik. Artıq 3 yaşayış məntəqəsinə bizim keçmiş məcburi köçkün soydaşlarımız köçüb, firavan yaşayır”. 

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada jurnalistlərə açıqlamasında deyib. 

E.Hüseynov bildirib ki, Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi hədəflənib: 

“Bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin